Nazir zəlzələdən zərər çəkən ərazilərə baxış keçirir - Fotolar
Tarix: 06-06-2018 13:20 | Bölmə: Cəmiyyət
Nazir zəlzələdən zərər çəkən ərazilərə baxış keçirir

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda ötən gün baş verən zəlzələ nəticəsində zərər çəkən ərazilərə baxış keçirir.


APA-nın yerli bürosunun xəbərinə görə, K. Heydərov, FHN-in digər rəhbər şəxsləri Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Əliabad qəsəbəsində vəziyyətlə tanış olublar.

Nazir yeraltı təkanlardan zərərçəkmiş digər ərazilərə də baxış keçirəcək.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.

Nazir zəlzələdən zərər çəkən ərazilərə baxış keçirir
Nazir zəlzələdən zərər çəkən ərazilərə baxış keçirir

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}