Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunub
Tarix: 03-05-2023 13:00 | Bölmə: Cəmiyyət
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunub

28 aprel - 2 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Reyting.az
Elm və Təhsil Nazirliyinə istinadla xəbər verir ki, nüsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.

Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}