20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ İranın raket sistemlərinə hücum edib
Tarix: 23-06-2019 18:11 | Bölmə: Dünya / Xəbərlər
ABŞ İranın raket sistemlərinə hücum edib

ABŞ prezidenti Donald Tramp İrana hücum barədə sərəncam verib və bu hücum uğurla həyata keçirilib. Amma hücum bombardmançılar vasitəsilə deyil, kompüterlərlə, yəni kiberməkanda edilib.

Bu barədə “The Washington Post” Birləşmiş Ştatların kiberkomandanlığındakı mənbəyə istinadən bildirir.

Qəzetin yazdığına görə, ötən həftənin cümə axşamından etibarən ABŞ fəal kiberhücum əməliyyatları həyata keçirir, bu əməliyyata bir neçə aydır hazırlıq gedirdi. Bildirilir ki, amerikalılar artıq İran raketlərinin buraxılış sistemini sıradan çıxara bilib, bu zaman heç kim xəsarət almayıb.

Bu məlumatı Ağ evdə və Pentaqonda heç kim şərh etməsə də, dövlət başçısı təsdiq edib ki, İrana zərbələrin endirilməsi barədə əmrini ləğv etməyib. Sadəcə, təxirə salıb və hərbi əməliyyatlar planı onun masası üzərindədir.

İran mənbələri də ABŞ-ın kiberhücumlara başladığını dolayısı ilə təsdiqləyir. “Mehr” agentliyinin məlumatına görə, ABŞ-ın 5-ci donanmasının gəmilərinə elektron kəşfiyyat və kompüterlər üzrə İsrail mütəxəssisləri çatdırılıb. Onlar İrana qarşı ABŞ-ın başlatdığı kibermüharibədə iştirak etməlidir.

İran Müdafiə Nazirliyinin nümayəndəsi bu informasiyanı şərh edərkən deyib ki, “təcavüzkarın” tərəfində dayanan müsəlman ölkələri “sionist təcavüzkarla” çiyin-çiyinə dayandıqlarını nəzərə almalıdır.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər