14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Yunanıstanda dəhşət: 6 turist öldü, 108 yaralı var
Tarix: 11-07-2019 10:23 | Bölmə: Dünya / Xəbərlər
Yunanıstanda dəhşət: 6 turist öldü, 108 yaralı var

Yunanıstanda leysan yağması, dolu düşməsi və fırtına baş verməsi nəticəsində 6 turist ölüb, 108 nəfər yaralanıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, təbii fəlakətlər Yunanıstanın şimalında, xüsusi ilə Halkidiki turizm bölgəsində baş verən fırtına insan ölümünə və dağıntıya səbəb olub.

Məlumata görə, 4-nün vəziyyəti ağır olmaqla 108 nəfər yaralanıb.

Selanik yaxınlığındakı fırtına nəticəsində 2-si uşaq olmaqla 6 nəfər ölüb. Ölənlər Çexiya, Rumıniya və Rusiya vətəndaşı olan turistlərdir.

Yeni ictimai təhlükəsizlik naziri Mixalis Xrisohoidis deyib ki, bölgədə güclü külək və fırtına insanların ölümünə səbəb olub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}