20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Koçaryanın cinayət işi Avropa Məhkəməsinə göndərildi
Tarix: 18-07-2019 18:05 | Bölmə: Dünya / Xəbərlər
Koçaryanın cinayət işi Avropa Məhkəməsinə göndərildi

Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın cinayət işi üzrə icraatı dayandırıb və onu məsləhətləşmə aparılması məqsədilə Avropa İnsan Haqları Məhkəməsinə və Venesiya Komissiyasına göndərib.

Reyting.az
xəbər verir ki, məlumatı erməni KİV-ləri məhkəmənin mətbuat açıqlamasına istinadla yayıb.

İyulun 18-də qəbul olunan məhkəmə qərarına əsasən, Konstitusiya Məhkəməsi sabiq prezidentin barəsində cinayət işi üzrə yekun qərarı hər iki beynəlxalq hüquq təşkilatının rəyindən sonra verəcək. Bu ərəfədə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Koçaryanın azadlığa buraxılması qərarını ləğv edib və sabiq dövlət başçısı yenidən həbsxanaya göndərilib. Ermənistanın hüquq-mühafizə orqanları isə birinci instansiya məhkəməsinin hakimini təqib etməyə başlayıblar.

R.Koçaryana qarşı 2008-ci ildə Ermənistanda Konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.




Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər