Tramp yenidən Kim Çen Inla görüşmək istəyir
Tarix: 13-09-2019 10:28 | Bölmə: Dünya / Xəbərlər
Tramp yenidən Kim Çen Inla görüşmək istəyir

ABŞ prezidenti jurnalistlərə açıqlamasında nüvə danışıqlarını bərpa etmək üçün yenidən Şimali Koreya lideri ilə görüşmək istədiyini bildirib.

Reyting.az
“Politico” nəşrinə istinadla xəbər verir ki, siyasi təhlilçilər milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən kənarlaşdırılmasının, Vaşinqtonun Şimali Koreya ilə danışıqları canlandırmasına kömək edə biləcəyini söyləyirlər.

Şimali Koreya lideri Kim Çen In və Tramp 3 dəfə görüşüblər.

ABŞ dövlət katibi Pompeo yaxın günlərdə və ya həftələrdə Şimali Koreya ilə nüvə danışıqları prosesinə qayıtmağa ümid etdiyini deyib.

Donald Tramp və Kim Çen Inın fevral ayında Hanoyda keçirilən ikinci görüşündən sonra Pxenyanın raket və nüvə proqramlarını dayandırmağa yönəlmiş danışıqlar dayandırılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}