Kralın cangüdəni şübhəli şəraitdə öldürülüb
Tarix: 29-09-2019 10:45 | Bölmə: Dünya / Xəbərlər
Kralın cangüdəni şübhəli şəraitdə öldürülüb

Səudiyyə kralının şəxs cangüdəni general Əbdüləziz əl-Fəğm silahlı atışmada öldürülüb.

Reyting.az
“Tvitter”ə istinadla xəbər verir ki, bunu bir neçə fərqli mənbə iddia edib.

Krallığın “Ukaz” qəzetinin yazdığına görə, general Fəğm dostu Feysəl əl-Səbtin evində, qardaşı Turki əl-Fəğmin gözləri qarşısında öldürülüb. Qəzet hadisə barədə ətraflı məlumat verməyib.

Səudiyyə Ərəbistanının sosial şəbəkə fenomeni “Müctəhid” xəbərin səhihliyini təsdiqləyib.

Əl-Fəğm Saud xanədanına ən sadiq şəxs hesab olunurdu. Lakin bəzi iddialara görə, vəliəhd şahzadə Məhəmməd bin Salman dəfələrlə generalı sürgün edəcəyi ilə hədələyib.

Onun ölümünü son dərəcə şübhəli edən bir neçə gün əvvəl vəzifəsindən azad edilməsidir.

Kralın cangüdəni şübhəli şəraitdə öldürülübKralın cangüdəni şübhəli şəraitdə öldürülüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}