İsrailin xarici ölkələrdəki səfirlikləri işi dayandırdı - Etiraz
Tarix: 30-10-2019 14:05 | Bölmə: Dünya / Xəbərlər
İsrailin xarici ölkələrdəki səfirlikləri işi dayandırdı - Etiraz

İsrailin dünya ölkələrindəki diplomatik nümayəndəlikləri oktyabrın 30-dan etibarən onlara uzun illər ərzində mövcud olmuş vəsait ayrılma sisteminin dəyişdirilməsi barədə Maliyyə Nazirliyinin qərarına qarşı etiraz tətilinə başlayacaq.

“İnterfax” xəbər verir ki, bu barədə ölkənin Paris, Moskva, Kiyev səfirliklərinin, Toronto, Sankt-Peterburq baş konsulluqlarının açıqlamalarında deyilir.

Adıçəkilən nümayəndəliklərin müvafiq bildiriş verilənədək fəaliyyətini dayandırdıqları, eyni zamanda bu böhran vəziyyətinin tezliklə həllini tapacağına ümidvar olduqları bildirilir/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}