12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
Tarix: 08-02-2024 14:26 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib.

Reyting.az-ın
məlumatına görə, Prezident İlham Əliyev müşahidə missiyasında iştirakına görə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinə, müşahidə qrupunun üzvlərinə və üzv dövlətlərə minnətdarlığını bildirib.

Can Min Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib. Ölkəmizlə müxtəlif sahələrdə yaxın tərəfdaşlıq əlaqələrinin olduğunu deyən Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Heydər Əliyev Fondunun xətti ilə qurulan mədəni-humanitar əməkdaşlığı xüsusilə qeyd edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirib, ölkəmizin, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə də ikitərəfli qaydada çox sıx əlaqələrini vurğulayıb. Bu xüsusda dövlətimizin başçısı prezident seçkilərində qələbə münasibətilə ilk təbrikləri Təşkilata üzv ölkələrdən aldığını qeyd edib. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirakını məmnunluqla xatırlayıb.

Qonaq Azərbaycanın COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, bunun Azərbaycanın insaniyyətə və bəşəri inkişafa verdiyi töhfənin bariz nümunəsi olduğunu bildirib. Can Min COP29 çərçivəsində də Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq məsələlərini qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər