12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Cənubi Qafqaza müdaxilə Rusiyanın sərt reaksiyası ilə nəticələnəcək
Tarix: 10-02-2024 18:19 | Bölmə: Gündəm
Cənubi Qafqaza müdaxilə Rusiyanın sərt reaksiyası ilə nəticələnəcək

“Cənubi Qafqazda çaşqınlıq yaratmaq cəhdləri bizim sərt müqavimətimizlə qarşılanacaq”.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Onun sözlərinə görə, Rusiyaya düşmən olan xarici qüvvələr Cənubi Qafqazda baş verən hadisələrə çox fəal təsir göstərməyə, bundan Rusiya Federasiyasına qarşı işləmək üçün səbəb və fürsət kimi istifadə etməyə çalışırlar.

“Təsiri var. Münasibətlərimizin ümumi mənzərəsini, ab-havasını qiymətləndirməyə çalışarkən dedim ki, bunlar nəzərə alınmalı, təşviş və ehtiyatlılıq yaradan amildir. Ancaq bir daha deyirəm, bizi birləşdirən, milli maraqlarımızın əsasını təşkil edən şey münasibətlərimizdə nifaq salmaq cəhdlərindən, Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə və roluna xələl gətirmək cəhdlərindən daha güclü olacaq”, - Rusiya səfiri qeyd edib.

Eyni zamanda, Sergey Kopırkin vurğulayıb ki, Rusiyanın bu məsələdə mövqeyi aydındır, çünki Cənubi Qafqaz Rusiya Federasiyası üçün həyati vacib regiondur: “Və Rusiya Cənubi Qafqazda mühüm rol oynayıb və oynayacaq, çünki buranın sülh bölgəsi, inkişaf regionu, sabitlik regionu olması bizim həyati maraqlarımıza uyğundur. Bura çaşqınlıq gətirmək və regiondan kiminsə geosiyasi məqsədləri üçün istifadə etmək cəhdləri bizim sərt müxalifətimizlə qarşılanıb və qarşılanacaq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər