12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa Şurasının Baş katibi İlham Əliyevə məktub göndərib
Tarix: 12-02-2024 20:26 | Bölmə: Gündəm
Avropa Şurasının Baş katibi İlham Əliyevə məktub göndərib

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Reyting.az
xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident.

Fürsətdən istifadə edərək bu günlərdə yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Mən Sizin səlahiyyət müddətiniz dövründə insan hüquqları, demokratiya və qanunun aliliyinin inkişafı ilə bağlı ümumi prinsiplərimiz üzrə birgə işləməyi davam etdirməyi səbirsizliklə gözləyirəm. Beynəlxalq ictimaiyyətlə yanaşı, Avropa Şurası regionda sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə yönəlmiş bütün səyləri dəstəkləməkdə davam edəcəkdir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər