18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə prezident təyin edib
Tarix: 22-02-2024 16:31 | Bölmə: Gündəm
İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə prezident təyin edib

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) prezident təyin edib.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, bu vəzifəyə Samir Musa oğlu Rzayev təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev səhmdar cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Xatırladaq ki, S.Rzayev 2007-2009-cu illərdə "PAŞA İnşaat" MMC-də kommersiya direktoru, 2009-2017-ci illərdə İpoteka və Kredit Zəmanət Fondunda Baş Maliyyə Direktoru, 2017-2022-ci illərdə "Bravo" supermarketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC-də ticarət direktoru vəzifəsində, 2022-ci ilin fevral ayından noyabr ayına qədər AZAL-da vitse prezident, 2022-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayına qədər birinci vitse-prezident işləyib, 2023-cü ilin sentyabr ayından isə AZAL-da prezident vəzifəsini müvəqqəti icra edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}