Mehriban Əliyeva cüdoçunu təbrik edib
Tarix: 21-05-2024 18:13 | Bölmə: Gündəm
Mehriban Əliyeva cüdoçunu təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

Reyting.az
xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

Paylaşımda deyilir: "Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".




Bölməyə aid digər xəbərlər
14-06-2024, 00:11 Bu gün "Son zəng"dir

{sape_links}{sape_article}