Əminə Ərdoğan Anar Ələkbərovla görüşüb
Tarix: 07-06-2024 23:59 | Bölmə: Gündəm
Əminə Ərdoğan Anar Ələkbərovla görüşüb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Əminə Ərdoğan "X" platformasında bildirib.

Anar Ələkbərov Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə Əminə Ərdoğana məlumat verib.

Bu kontekstdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Əminə Ərdoğan paylaşımında qeyd edib ki, bütün dünya liderlərini iqlim mövzusunda bir araya gətirən bu əhəmiyyətli Zirvəyə Azərbaycanın ev sahibliyi etməsindən duyduğu sevinci bir daha vurğulayıb.

Birinci xanım əlavə edib ki, Türkiyə daima qardaş ölkə Azərbaycanın yanındadır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}