Suriyanın yeni lideri Moskvaya gəlir
Tarix: 15-10-2025 08:21 | Bölmə: Xəbərlər
Suriyanın yeni lideri Moskvaya gəlir

Suriyanın yeni prezidenti Əhməd əl-Şaraa bu gün rəsmi səfəri çərçivəsində Moskvaya səfər edəcək.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, Əhməd əl-Şaraanın iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Xəbəri təsdiqləyən Suriyanın Moskvadakı səfirliyindən jurnalistlərə bildirilib ki, Əl-Şaraa qarşıdan gələn Rusiya–Ərəb Sammitinə qatılacaq nümayəndə heyətinə başçılıq edəcək.

Əhməd əl-Şaraanın Vladimir Putinlə konkret nəyi müzakirə edəcəyi açıqlanmayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər