Sülh sazişində fələstin xalqının özəl hüququ nəzərə alınmayıb
Tarix: 15-10-2025 08:58 | Bölmə: Dünya
Sülh sazişində fələstin xalqının özəl hüququ nəzərə alınmayıb

Şarm əl-Şeyx sammitində qəbul edilmiş Bəyannamədə Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı fundamental məsələlərə toxunulmur.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvü Əhməd Məcdəlani danışıb.

Xatırladaq ki, bazar ertəsi ABŞ prezidenti Donald Tramp, Misir prezidenti Əbdülfəttah əs-Sisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Şarm əl-Şeyxdə keçirilən Sülh Sammitində Qəzza zolağı üçün hərtərəfli sülh sazişini imzalayıblar. Bu razılaşma Trampın münaqişənin həlli planını dəstəkləmək üçün nəzərdə tutulsa da, Bəyannamədə fələstin xalqının özəl hüququ nəzərə alınmayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər