Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
Tarix: 15-10-2025 09:39 | Bölmə: Slayd
Süni intellekt təhlükəyə çevrilir

Süni intellekt bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilir.

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı bu il iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Piter Hovitt edib.

Süni intellektin yaratdığı imkanlarla yanaşı, onun arxasında gizlənmiş təhlükələrdən də danışan elm adamı deyib ki, hələlik bu sahədə liderin kim olacağı, "yaradıcı dağıdıcılığın" hansı nəticələrə gətirəcəyi məlum deyil.

Süni intellektin möhtəşəm imkanlara malik texnologiya olduğunu bildirən Nobel mükafatçısının sözlərinə görə, bu yeniliyin çoxlu sayda iş yerini və yüksək ixtisaslı əmək qüvvəsini əvəz edən potensialı da var.


Piter Hovitt

P. Hovitt əlavə edib ki, bu bir qarşıdurma deməkdir və tənzimlənməlidir.

Elm adamının fikrincə, ümumiyyətlə, tənzimlənməyən bazarda fərdi maraqlar cəmiyyət üçün optimal nəticə verməyə bilər. P. Hovitt süni intellektin bu baxımdan "bəşəriyyət tarixində mühüm mərhələ" olduğunu və prosesin idarə edilməsinin vacibliyinə diqqət yönəldib.

Qeyd edək ki, 2025-ci ildə laureat olmuş iqtisadiyyat üzrə alim Piter Hovitt Nobel mükafatını Coel Mokir və Filip Aqyon ilə birlikdə iqtisadiyyat sahəsində aparılan tədqiqatlara verdikləri töhfələrə görə alıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər