00:09 / 11-09-2025
Amerikalı siyasətçi sui-qəsdə uğrayıb
21:32 / 10-09-2025
"Neftçi" Ramil Şeydayevlə yollarını ayırıb
18:28 / 10-09-2025
Nazir: Deyəsən, Rusiya NATO-nu sınaqdan keçirir
18:00 / 10-09-2025
Paşinyan: "Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var"
17:54 / 10-09-2025
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
17:44 / 10-09-2025
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt edib
17:29 / 10-09-2025
Hacıyev dövlət katibinin müavini ilə ABŞ-Azərbaycan münasibətlərini müzakirə edib
17:20 / 10-09-2025
Abbas Abbasov Rusiyadakı biznesini satıb
17:16 / 10-09-2025
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
17:04 / 10-09-2025
"Azəriqaz"ın Baş direktoru xəstəxanaya yerləşdirilib
16:52 / 10-09-2025
Şuşakəndə, Sosa və Qırmızı Bazara ilk köç karvanı gedir
16:51 / 10-09-2025
Fransada yüzlərlə insan vağzal binasına hücum edib
16:38 / 10-09-2025
Heydər Əliyev Fondu ilə Vatikan arasında memorandum imzalanıb
16:30 / 10-09-2025
Milli Məclisin komitələri haqqında qanun dəyişir
16:22 / 10-09-2025
Belqoroda yenidən hücum başlayıb
16:21 / 10-09-2025
Vüqar Bayramov: "Onların işdən çıxarılması qadağan olunmalıdır"
16:06 / 10-09-2025
Deputat: "Bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləyir"
15:53 / 10-09-2025
Süni intellektin filmi Kann festivalında nümayiş olunacaq
15:44 / 10-09-2025
Ali Məhkəmə dələduzluq halı ilə bağlı vahid qərar qəbul edib
15:27 / 10-09-2025
Avropa Ukraynaya yeni yardım verib
15:11 / 10-09-2025
Əli Əsədov yeni qərar imzalayıb
14:52 / 10-09-2025
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
14:49 / 10-09-2025
ADSEA-nın səlahiyyətləri artırılıb
14:35 / 10-09-2025
Qubadlı şəhərinin Baş planı təsdiqlənib
14:28 / 10-09-2025
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
14:05 / 10-09-2025
İlham Əliyev Yaradıcılıq Evinin açılışında iştirak edib - Fotolar
13:58 / 10-09-2025
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
13:19 / 10-09-2025
"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun müzakirəyə çıxarılır
13:18 / 10-09-2025
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
12:59 / 10-09-2025
Azərbaycanda havadan su əldə ediləcək
09:10 / 09-09-2025

18:25 / 06-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

15:20 / 08-09-2025

23:20 / 08-09-2025

11:09 / 08-09-2025

Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib - Fotolar (Yenilənib)
Tarix: 01-07-2024 17:20 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Maksat Mamıtkanov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara və ən xoş arzulara görə minnətdarlığını bildirib, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş edib.
Söhbət zamanı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsi məmnunluqla qeyd olunub.
Son illərdə ikitərəfli münasibətlərimizin böyük dərəcədə inkişaf etdiyini və keyfiyyətcə yeni mərhələyə qalxdığını deyən Azərbaycan Prezidenti dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub, ənənəvi dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndiyini vurğulayıb.
Prezident İlham Əliyev ölkələr arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.
Dövlət başçısı Ağdam rayonunda Qırğızıstanın məktəb tikintisi layihəsini və quruculuq prosesinə göstərdiyi dəstəyi vurğulayaraq buna görə Qırğız Prezidentinə və xalqına bir daha minnətdarlığını bildirib, bunu qardaşlıq əlaqələrinin nümayişi kimi dəyərləndirib.
Prezident İlham Əliyev əməkdaşlığın genişləndirilməsi üçün qarşıda böyük planların durduğunu deyib və əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı Azərbaycan və Qırğızıstan rəhbərliyində qardaş ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud potensialın reallaşdırılması üçün qarşılıqlı iradənin olduğunu bildirib.
Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkələrin əməkdaşlığına toxunan Prezident İlham Əliyev bu təşkilatın bir ailə olduğunu qeyd edib.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatının ilk dəfə Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə toxunulub, bu tədbirdə dövlət başçıları arasında aparılacaq dialoq və müzakirələrin önəmi vurğulanıb.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Maksat Mamıtkanov münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğulayıb, əlaqələrin genişləndirilməsi ilə bağlı Qırğızıstan Prezidentinin ona tapşırıqlar verdiyini deyib və bu istiqamətdə səylərini əsirgməyəcəyini bildirib.
Ölkələr arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu deyən səfir qeyd edib ki, Azərbaycanın Qırğızıstana yatırdığı irihəcmli investisiyalar ölkə iqtisadiyyatının inkişafına böyük kömək göstərir.
Əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayan Maksat Mamıtkanov deyib ki, dövlət başçıları arasında olan münasibətlər və onların göstərdiyi səylər əlaqələrimizin uğurlu inkişafının əsasını qoyub.
Qırğızıstan Prezidentinin bu ilin aprelində ölkəyə dövlət səfərinin əhəmiyyətinə toxunan səfir bu səfərin çox uğurlu olduğunu və yaxşı nəticələr verdiyini vurğulayıb.
O, Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılmasının əhəmiyyətinə toxunub, onun ölkələr arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib.
Maksat Mamıtkanov Qırğızıstanda İssık-Kul gölünün sahilində Azərbaycan tərəfindən beşulduzlu mehmanxananın inşasının ölkəsində kurort sahəsinin inkişafında böyük rol oynayacağını deyib.
Diplomat görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinə və onun xatirəsinə Azərbaycan tərəfindən göstərilən ehtirama görə minnətdarlığını bildirərək Sadır Japarovun ölkəyə dövlət səfəri zamanı Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə görkəmli qırğız yazıçısının Bakıda abidəsinin açılışını məmnunluqla xatırladıb.
Azərbaycan Prezidenti qeyd edib ki, Çingiz Aytmatov bütün türk sivilizasiyasının övladıdır və dünyada böyük şöhrətə malikdir.
Görüşdə COP29 çərçivəsində Azərbaycanın və Qırğızıstanın birgə təşəbbüs imkanları barədə fikir mübadiləsi aparılıb.
***
Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Kevin Hamilton Azərbaycanın çox gözəl, dinamik inkişaf edən və mühüm ölkə olduğunu vurğulayıb. Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh müqaviləsi imzalanarsa regionda əməkdaşlıq üçün yeni imkanların yarana biləcəyinə ümidvarlığını bildirən səfir deyib ki, biz regionda daha yaxşı münasibətlərin qurulmasını arzulayırıq ki, bunun nəticəsində bizim həm Azərbaycan, həm də Ermənistan ilə əlaqələrimiz inkişaf etsin.
Səfir Kanadanın həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, ədalətli, əhatəli və daimi sülh müqaviləsi üzərində fəal iş aparıldığından məlumatlı olduğunu deyib.
Dövlət başçısı torpaqlarımızın işğalı dövründə orada etnik təmizləmə və soyqırımının törədildiyini, ərazilərimizin kütləvi şəkildə dağıdıldığını qeyd edib. Prezident İlham Əliyev həmin dövrdə münaqişənin həlli ilə bağlı çox böyük səylər göstərildiyini, lakin bu səylərin uğursuz olduğunu bildirib. Belə ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü münaqişənin həllinə nail ola bilməyib, daha doğrusu, olmaq istəməyib. Onların hamısı Ermənistanın həyata keçirdiyi işğalın müxtəlif səbəblər üzündən həmişəlik olmasını istəyib.
Dövlət başçısı bu qənaətə prezidentlik fəaliyyətində öz şəxsi təcrübəsi əsasında gəldiyini deyib. Prezident İlham Əliyev 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü və Ermənistan tərəfi ilə dəfələrlə görüşdüyünü xatırladıb və bütün bunların heç bir nəticə vermədiyini deyib. Dövlət başçısı bildirib ki, keçmiş Minsk qrupunun üzvləri və Ermənistan tərəfi bunu istəməyib. Ermənistan tərəfi torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyib.
Prezident bildirib ki, hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük. Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Azərbaycan Prezidenti qeyd edib ki, düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub.
Prezident İlham Əliyev vurğulayıb ki, COP29 məsələsində Ermənistan bizim bu tədbirə ev sahibliyi etməklə bağlı məhdudiyyətini aradan qaldırıb, biz isə onların COP-un idarəedici orqanlarında iştirakına qarşı çıxmadıq. Dövlətimizin başçısı qeyd edib ki, açığı, o, belə hesab etmir ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bizim hansısa bir ölkə ilə ikitərəfli münasibətlərimiz üçün mühüm rol oynaya bilər.
Qlobal səviyyədə diplomatik fəaliyyətimizi şaxələndirdiyimizi deyən dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin olduğunu qeyd edib və vurğulayıb ki, bu sənədlərin çoxu torpaqlarımızın işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı bir dövrdə imzalanıb. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz.
Dövlət başçısı bir məqamı da vurğulayıb ki, Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəməyib. Onlar bütün humanitar qanunları pozublar, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymayıblar. Heç kim onlara zərrə qədər də irad tutmayıb. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər.
Prezident İlham Əliyev vurğulayıb ki, indi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Azərbaycan Prezidenti qeyd edib ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur.
Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Prezident İlham Əliyev vurğulayıb ki, çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirib ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.
Azərbaycan Prezidenti qeyd edib ki, bununla yanaşı, hesab edir ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik. Dövlətimizin başçısı deyib: “Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”. Prezident İlham Əliyev qeyd edib ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.
Qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında Azərbaycan Prezidenti bildirib ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlətimizin başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.
Səfir dövlətimizin başçısına hörmətini ifadə edərək, məlumatlara görə minnətdarlığını bildirib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Henri Jr. Bensurto Filippin Prezidenti Ferdinand Romualdez Markosun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını qeyd edərək beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin turizm, investisiyalar sahələrində əməkdaşlığa və insanlar arasında təmaslara toxunub, hökumət nümayəndə heyətlərinin səfərlərinin önəmini vurğulayıb.
Səfir Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin çox uğurlu olduğunu, bu məsələdə böyük bir irs qoyduğunu və ölkəmizin bu Hərəkatın təsisatlanması istiqamətində ciddi addımlar atdığını qeyd edib.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Henri Jr. Bensurto Filippinin də bu tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını deyib.
Dövlətimizin başçısı ölkəmizin həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi ilə bağlı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsinə üzv ölkə kimi Filippinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı COP29 çərçivəsində Azərbaycanın Qlobal Cənubun tərkib hissəsi olaraq ölkələr arasında həmrəyliyin gücləndirilməsinə və körpülərin qurulmasına çalışacağını vurğulayıb.

Bölməyə aid digər xəbərlər

Dünən, 15:11
Əli Əsədov yeni qərar imzalayıb
Dünən, 13:58
Əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
9-09-2025, 23:25
Rəsmi Bakı: "Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq"
9-09-2025, 17:01
Əli Əsədov Liman şəhərinin Baş planını təsdiqləyib
9-09-2025, 13:55
Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir
9-09-2025, 13:25
Milli Məclisdə xüsusi iclas keçirilib - (Yenilənib)
8-09-2025, 16:02
Prezident Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqləyib - Fotolar
8-09-2025, 15:55
Prezident Sumqayıt Sənaye Parkı ilə bağlı fərman imzalayıb
8-09-2025, 15:43
Prezident Təşkilat Komitəsi yaradıb - Sərəncam
8-09-2025, 15:20
Xocalı və Ağdərəyə növbəti köç olub - (Yenilənib) - Fotolar
8-09-2025, 14:46
Rezidenturaya qeydiyyat prosesi başlayır
8-09-2025, 12:22
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv olunacaq
8-09-2025, 12:08
Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək
8-09-2025, 11:28
Prezident Qordana Silyanovska-Davkovaya məktub göndərib
5-09-2025, 13:01
Prezident yol tikintisinə 2 milyon manat ayrıb - Sərəncam
5-09-2025, 10:51
Rusiya AZAL-ın vurulan təyyarəsinə görə təzminat ödədiyini deyir
4-09-2025, 16:22
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
4-09-2025, 15:35
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
4-09-2025, 11:55
Kolleclərə qəbul olanların qeydiyyat tarixi açıqlanıb
4-09-2025, 11:41
Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam edir
4-09-2025, 09:43
İstanbul-Səmərqənd təyyarəsi Bakıya məcburi eniş edib
4-09-2025, 08:16
Ərdoğan: Fələstinə qarşı cinayətlərə göz yummaq olmaz
3-09-2025, 19:50
Prezident İlham Əliyevin Çinə səfəri başa çatıb - Fotolar
3-09-2025, 17:18
Saxta domenlər bloklanıb
3-09-2025, 10:18
İlham Əliyevlə Şavkat Mirziyoyev Pekində görüşüblər - Video
3-09-2025, 10:00
İlham Əliyev Pekində dövlət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - Video
3-09-2025, 07:29
Prezident və birinci xanım Qələbə paradını izləyiblər
2-09-2025, 16:28
Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib - Foto
2-09-2025, 12:02
İlham Əliyev Çin şirkətinin sədri ilə görüşüb - Fotolar
2-09-2025, 11:15
İlham Əliyev Tiencində vitse-prezidentlə görüşüb - Foto
1-09-2025, 17:27
Mehriban Əliyeva birinci xanımlarla gəmi gəzintisində iştirak edib - (Yenilənib) - Fotolar
1-09-2025, 15:59
İlham Əliyev "ŞƏT plyus" formatındakı görüşdə çıxış edib - Yenilənib
1-09-2025, 12:49
İlham Əliyevlə Nikol Paşinyan görüşüb
1-09-2025, 10:52
İlham Əliyev Maldiv prezidenti ilə görüşüb - (Yenilənib) - Foto
1-09-2025, 10:35
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
1-09-2025, 07:57
Türkiyə və Çin liderləri Orta Dəhlizi müzakirə ediblər
31-08-2025, 11:37
İlham Əliyev Sadır Japarova məktub göndərib
31-08-2025, 09:50
Si Cinpin: Azərbaycan-Çin əlaqələri inkişaf edir
30-08-2025, 19:30
Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gəlib
30-08-2025, 18:08
Prezident İlham Əliyev Çinə səfər edib - Fotolar
30-08-2025, 08:13
Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib
29-08-2025, 18:25
MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub