08:15 / 16-10-2024
Ağ ev İsrailə təzyiq edir
19:37 / 15-10-2024
Cəlilabadda zəlzələ olub
Ədliyyə Nazirliyinin Əsasnaməsi dəyişib - Fərman
Tarix: 07-09-2024 17:47 | Bölmə: Gündəm
Ədliyyə Nazirliyinin Əsasnaməsi dəyişib

Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Dəyişikliyə əsasən, nazirlik “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini yerinə yetirəcək.

Nazirlik “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək hüququna malikdir.

Nazirliyin qanunla nəzərdə tutulmuş hallarda siyasi partiyaların fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məhkəmə qarşısında məsələ qaldırmaq hüququ olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}