Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edir
Tarix: 09-09-2024 15:50 | Bölmə: Gündəm
Azərbaycanın xüsusi təyinatlıları Qazaxıstanda təlimdə iştirak edir

Azərbaycan və Qazaxıstan Müdafiə Nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı"na əsasən, Qazaxıstanda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları təlimdə iştirak etmək üçün Qazaxıstanda səfərdədir.

Məlumata görə, Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən təlim sentyabrın 19-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər