Ağdərənin Vəngli kəndinə növbəti köç olub - (Yenilənib) - Fotolar
Tarix: 09-10-2025 14:08 | Bölmə: Slayd
Ağdərənin Vəngli kəndinə növbəti köç olub - (Yenilənib)

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə kəndə 28 ailə (112 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatacaq.

***

Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb və sakinlərə evlərin açarları təqdim edilib.

Reyting.az
xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79-a (158 nəfər) çatıb.







Bölməyə aid digər xəbərlər