Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
Tarix: 09-10-2025 09:33 | Bölmə: Slayd
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb

1990-cı illərdən bəri Avropa ölkələrinin həyatı xeyli dəyişib. Soyuq müharibənin başa çatması, SSRİ-nin, Yuqoslaviyanın dağılması bu qitədə böyük dəyişikliklərə səbəb olub, o cümlədən yeni dövlətlərin yaranma prosesləri başlayıb ki, bununla Avropa İttifaqı daha da genişlənib.

Reyting.az
-ın xəbərinə görə, baş verən proseslər iqtisadi və demoqrafik göstəricilərə də təsir edib.

Adambaşına düşən ÜDM (ümumdaxili məhsul) ən çox Azərbaycanda, Bosniyada, Herseqovinada, Gürcüstanda və Ermənistanda da artıb. Statistik məlumatlara görə, ən zəif irəliləyiş İtaliyada qeydə alınıb.

Adambaşına düşən milli gəlir payı Baltik ölkələrində - Litva, Estoniya və Latviyada daha yüksəlib. Bu dövrlər ərzində enerji istehlakındakı yeganə lider isə Türkiyədir.

Fosil yanacaqların payı ən çox Danimarka, Latviya və Estoniyada azalıb.

ÜDM-ə nisbətdə dövlət borcu ən çox Ukraynanın, Böyük Britaniyanın və Fransanın payına düşür.

Bu illər ərzində əhali sayının artımına görə öncül ölkələr Kipr, İrlandiya, İslandiya və Türkiyədir.

65 yaşdan yuxarı əhali payı Bosniyada və Herseqovinada, Albaniya və Xorvatiyada daha çox artıb. Buna görə də həkimlərin sayı həmin dövrlərdə Xorvatiyada, Türkiyədə və İrlandiyada əhəmiyyətli dərəcədə çoxalıb.

İnfoqrafik məlumatlarda vurğulanıb ki, qəsdən adamöldürmə hallarının azalması 1994–2019-cu illərdə daha çox Estoniyada, Gürcüstanda və Bolqarıstanda müşahidə olunub.

Uzunömürlük göstəricisi Azərbaycanda, Ermənistanda, Türkiyədə və Estoniyada sürətlə yüksəlib. Lakin doğum səviyyəsi bütün Avropa üzrə azalıb - ən kəskin eniş Albaniya, Kosovo və Azərbaycanda müşahidə olunub.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər