Cəbrayıla növbəti köç karvanı gedib
Tarix: 18-11-2025 08:30 | Bölmə: Slayd
Cəbrayıla növbəti köç karvanı gedib

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə köç karvanı gedib.

Doğma yurda qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.




Bölməyə aid digər xəbərlər