Qarabağa köçənlərin sayı artır
Tarix: 18-11-2025 16:56 | Bölmə: Slayd
Qarabağa köçənlərin sayı artır

Noyabrın 18-də Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç olub.

Bu barədə Reyting.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb. Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, xüsusilə yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Bu gün Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.




Bölməyə aid digər xəbərlər