Nazirin olduğu təyyarə alovlanıb - Video
Tarix: 18-11-2025 11:43 | Bölmə: Xəbərlər
Nazirin olduğu təyyarə alovlanıb

Konqoda mədən naziri Luis Vatum Kabambanın da daxil olduğu təxminən 20 nəfərlik nümayəndə heyətini daşıyan təyyarə Kolvezi hava limanına eniş zamanı uçuş-enmə zolağından sürüşərək alovlanıb.

Reyting.az
xəbər verir ki, bütün sərnişinlər xəsarət almadan xilas ediliblər.

Aeroport heyəti tez bir zamanda hadisə yerinə gəlib və yanğını nəzarət altına alıb.

Məlumata görə, nazir Kabamba dünən baş verən və 32 mədənçinin ölümünə səbəb olan qəzanı araşdırmaq üçün Kalondo mədən sahəsinə gedirmiş.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər