Baş katib: ŞƏT davamlı inkişafa üstünlük verir
Tarix: 18-11-2025 08:55 | Bölmə: Xəbərlər
Baş katib: ŞƏT davamlı inkişafa üstünlük verir
Nurlan Yermekbayev

Moskvada Hökumət Başçıları Şurasının iclası ərəfəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) davamlı inkişaf Forumu keçirilib.

Reyting.az
“Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, tədbirdə çıxış edən ŞƏT-in baş katibi Nurlan Yermekbayev 2025-ci ilin Dayanıqlı İnkişaf İli elan edildiyini xatırladıb.

O, sözlərinə əlavə edib ki, ŞƏT ailəsi ətraf mühitin mühafizəsi, yaşıl gündəm, təbii ehtiyatlardan səmərəli istifadə, yoxsulluğun azaldılması, səhiyyə və həyat keyfiyyətinin yaxşılaşdırılması kimi sahələrdə fəal əməkdaşlıq edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər