Ukraynanı 7 milyon insan tərk edib
Tarix: 18-11-2025 12:26 | Bölmə: Xəbərlər
Ukraynanı 7 milyon insan tərk edib

“Rusiya ilə tammiqyaslı müharibə səbəbindən xaricdə olan təxminən yeddi milyon ukraynalıdan 4,6 milyonu Avropa Birliyində müvəqqəti qorunma statusuna malikdir”.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın sosial siyasət, ailə və birlik nazirinin müavini İlona Havronska deyib.

“Dəqiq rəqəmlər həmişə yenilənməlidir, amma mən təxminən bunu deyə bilərəm: tammiqyaslı müharibə nəticəsində xaricdə olan təxminən 7 milyon ukraynalıdan 4,6 milyonu Avropa Birliyində müvəqqəti qorunma statusuna malikdir. Müxtəlif tədqiqatlar 2022-2023-cü illər arasında təxminən 2 milyon insanın artıq gedib-qayıtdığını təxmin edir”, - o bildirib.

Nazir müavini əlavə edib ki, bu, tammiqyaslı müharibənin ilk iki ilində nəzərə çox çarpırıb: “İndi müəyyən bir tarazlıq görürük: bəziləri daim gedir, digərləri isə qayıdır. Buna görə də müvəqqəti qorunma altında olan 4,6 milyon rəqəm nisbətən sabit olaraq qalır”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər