Rusiyada bloqçuları həbs edirlər
Tarix: 18-11-2025 13:51 | Bölmə: Dünya
Rusiyada bloqçuları həbs edirlər

Son həftələr Rusiyada bir sıra aparıcı “Z-bloqçu” ordu və hökumət rəsmilərini tənqid etdikləri üçün təhlükəsizlik orqanlarının təzyiqi ilə üzləşiblər.

Reyting.az
“Economist” nəşrinə istinadən bildirir ki, 151 min izləyicisi olan bloqçu Roman Alekhin sentyabr ayında “xarici agent” elan edilib.

Oktyabr ayında 400 min abunəçisi olan Tatyana Montyan “terrorçu” adlandırılıb.

Noyabrda isə Putin tərəfdarı kimi tanınan digər bir bloqçu - Oksana Kobeleva saxlanılıb.

Analitiklərin fikrincə, bu proses “Z seqmenti”də “daxili müharibə”nin təzahürüdür: yerli bloqçularla Kremlin nəzarətində olan media istehsalçıları arasında açıq qarşıdurma yaranıb. Müharibə dövründə bloqçular Müdafiə Nazirliyi daxilində korrupsiya hallarını ifşa edir, dronlar, dərmanlar və avadanlıqlar üçün vəsait toplayırdılar və hakimiyyət buna müəyyən dərəcədə dözürdü. Lakin indi razılaşma pozulmuş kimi görünür: Kreml ianələr üzərində nəzarəti bərpa etməyə çalışır və “itaətsiz səslərdən” narahatlıq duyur.

“Vaqner” qrupunun keçmiş rəhbəri Yevgeni Priqojinin 2023-cü ildəki üsyanı ilə müqayisələr edilsə də, hazırkı vəziyyət miqyas baxımından xeyli kiçikdir. Bloqçular nə Putini şəxsən tənqid edir, nə də real itkiləri açıqlayırlar. Onların əsas rolu Rusiya ordusunun Donetsk istiqamətində irəliləməyə çalışdığı, Ukraynanın isə bir neçə kənddən geri çəkildiyi bir zamanda “ümummilli dəstək” görüntüsünü qorumaqdır.

“The Guardian”ın məlumatına görə, əvvəlki illərdə Rusiya hökuməti müxalifət nümayəndələrini susdurmaq üçün “xarici agent” qanunundan istifadə edirdi, son vaxtlar isə bu status Kremlə yaxın bloqçulara da şamil olunur.

N. ORUCOV




Bölməyə aid digər xəbərlər