Yeni kosmik təyyarənin sınağı uğurlu olub
Tarix: 18-11-2025 17:01 | Bölmə: Cəmiyyət
Yeni kosmik təyyarənin sınağı uğurlu olub

ABŞ-ın "Sierra Space" şirkəti çoxistifadəli kosmik təyyarə "Dream Chaser"in üzərində əsas sınaqları tamamlayıb və yeni texnikanı həm mülki, həm də hərbi tapşırıqlara uyğunlaşdırmağı nəzərdən keçirir.

Reyting.az
xəbər verir ki, şirkətin yaydığı məlumata görə, ilk uçuş məqsədilə hazırlanmış "Tenacity" aparatı elektromaqnit uyğunluq testlərindən uğurla keçib. Eyni zamanda, keçmiş şatl zolağında aparılan qoşulma sınaqları eniş rejimlərini, naviqasiyanı, eləcə də "TDRS" vasitəsilə sabit rabitəni təsdiqləyib.

Növbəti böyük mərhələ bu ilin dekabr ayında akustik sınaqlardır. Bundan sonra aparatın milli təhlükəsizlik tapşırıqlarına uyğunlaşdırılması planlaşdırılır.

Yeni sınaqdan keçirilən "Dream Chaser" kosmik təyyarəsi artıq uzun illərdir ağır yük daşımaq üçün hazırlanırdı. Lakin bir müddət əvvəl NASA şərtləri dəyişməklə, yalnız yeganə sınağı 2026-cı ilin sonunda sərbəst uçuş formatında təsdiqləyib.

ABŞ-ın kosmik agentliyi kimi tanınmış NASA-nın məlumatına görə, şirkət yaxın gələcəkdə əlavə missiyalar sifariş etmək hüququnu da özündə saxlayıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər