Agentliyin əməkdaşı Xocalıda minaya düşüb
Tarix: 18-02-2026 11:40 | Bölmə: Gündəm

Agentliyin əməkdaşı Xocalıda minaya düşüb

İşğaldan azad edilmiş Xocalı rayonu, Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.

Reyting.az bildirir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yayıb.

18 fevral 2026-cı ildə baş verən hadisə zamanı ANAMA-nın əməkdaşı, 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayıb.

Nəticədə ANAMA-a əməkdaşı sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

Çobanov Vasif rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.





Bölməyə aid digər xəbərlər
19-02-2026, 00:16 Müqəddəs ay başlayıb