Azərbaycandan Ukraynaya növbəti yardım göndərirlər
Tarix: 20-02-2026 19:30 | Bölmə: İqtisadiyyat

Azərbaycandan Ukraynaya növbəti yardım göndərirlər

Azərbaycandan Ukraynaya növbəti enerji avadanlığı partiyası göndərilir.

Reyting.az-ın məlumatına görə, Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev "Facebook" sosial şəbəkə hesabında yazıb ki, müxtəlif güclü 31 generator və iki ehtiyat avtomatik işəsalma sistemi Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələrinin, xəstəxanaların və Rusiyanın hücumlarından zərər çəkmiş regionların ehtiyacları üçün təhvil veriləcək.

Səfir qeyd edib ki, enerji avadanlığı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən irəli sürülmüş "Ukrayna üçün istilik" qlobal təşəbbüsü çərçivəsində göndərilir.





Bölməyə aid digər xəbərlər