Xocavəndə ilk köç karvanları gedib - (Yenilənib)
Tarix: 20-02-2026 15:27 | Bölmə: Slayd

Xocavəndə ilk köç karvanları gedib - (Yenilənib)

Xocavənd şəhərinə və eyni adlı kəndə ilk köç karvanı yola salınıb.

Reyting.az-ın məlumatına görə, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) köçürülüb.

***

İlk köç karvanları Xocavənd şəhəri və Xocavənd kəndinə çatıb.

Reyting.az xəbər verir ki, köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.

ANAMA əməkdaşları tərəfindən mina və partlamamış sursat təhlükəsi ilə bağlı maarifləndirici məlumat verilib.





Bölməyə aid digər xəbərlər