Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
Tarix: 20-02-2026 10:26 | Bölmə: Slayd

Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir

ABŞ-dakı bəzi erməni şovinist dairələrinin Vaşinqtondakı müəyyən siyasi və ictimai qruplarla əməkdaşlığı uzun illərdir Azərbaycan əleyhinə kampaniyaların əsas istiqamətlərindəndir. Xüsusilə Armenian National Committee of America (ANCA) kimi təsir imkanlarına malik diaspor təşkilatlarının Konqres üzvləri və müxtəlif institutlar üzərində lobbiçilik fəaliyyəti Bakıya qarşı tənqidi mövqelərin formalaşmasında mühüm rol oynayır.

Reyting.az bildirir ki, uzun illərdir Azərbaycanın əleyhinə fəaliyyət göstərən erməni lobbi təşkilatlarının bu dəfə fəaliyyətlərini Azərbaycanın anti-milli qüvvələri ilə sinxronlaşdırdığı iddia olunur. Qeyd olunur ki, böyük beynəlxalq tədbirin keçirildiyi gün Vaşinqtonda Azərbaycana qarşı qeyri-etik hərəkətlərə ilk dəstək məhz şovinist erməni dairələrindən gəlib.

Otelin ətrafında təhlükəsizlik perimetrini zorakı şəkildə pozmağa cəhd göstərən, Azərbaycana qarşı qeyri-etik ifadələr işlədən, təhrikedici addımlar atan bu şəxslərin qarşısı ABŞ polisi və Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən alınıb, hadisə sivil ictimaiyyət tərəfindən pislənib. Buna baxmayaraq, şovinist erməni dairələri və onların tərəfdarları anti-milli ünsürlərə dəstəyini davam etdiriblər.

Vaşinqtonda Azərbaycana qarşı yönəlmiş qeyri-əxlaqi hərəkətlərə ilk açıq dəstəyi Xocalı faciəsini danan, Qarabağın işğalda qalmasını istəyən ANCA verib.

Bu kontekstdə tez-tez adı hallanan fiqurlardan biri də ABŞ Konqresinin üzvü Frank Pallonedir. O da Vaşinqtonda Azərbaycana qarşı qeyri-etik hərəkətləri dəstəkləyənlərdəndir. Bu, həmin Pallonedir ki, illərdir erməni diasporunun maraqlarına yaxın mövqedən çıxış edir, 907-ci düzəlişin müəlliflərindən biridir və Qarabağ məsələsində Ermənistanı müdafiə edən bəyanatları ilə tanınır.

Xatırladaq ki, Pallonenin vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərinə qanunsuz səfəri və Xocalı hadisələrinə dair mövqeyi də Bakıda ciddi etirazla qarşılanmışdı.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər