Azərbaycanda işsizlərin sayı artıb
Tarix: 21-02-2026 10:52 | Bölmə: İqtisadiyyat

Azərbaycanda işsizlərin sayı artıb

Cari ilin fevralın 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 245,6 min nəfər olub.

Reyting.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.

Bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda işsizlərin sayında 8,87 faiz artım qeydə alınıb.

İşsizlərin 51,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 446,6 manat olub.

Komitənin məlumatıma görə, 2025-ci il ərzində ölkədə 102,5 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91,1 faizi qeyri-dövlət sektorunda açılıb.





Bölməyə aid digər xəbərlər