Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Tarix: 19-02-2026 19:34 | Bölmə: Gündəm

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla münasibətləri haqda danışıb.
Reyting.az xəbər verir ki, o, bu məsələyə “Sülh Şurası”nın ilk iclasında toxunub.
Tramp “32 il davam edən münaqişəyə 24 saat ərzində son qoyduğunu” qeyd edib.
“Biz məsələni təxminən 24 saat ərzində həll etdik, elə deyilmi? Bunun mühüm bir hissəsini qısa zamanda razılaşdırdıq. Düşünürəm ki, onlar artıq dost olublar. Bilmirəm bunu deməyə icazəm var, ya yox, amma məncə belədir. Düşünürəm ki, onlar dostlaşıblar, elə deyilmi? Bəli, bəli. Ayağa qalxın, ayağa qalxın. Bunlar iki möhkəm xarakterli insandır. Sizcə bu asan idi? Xeyr, heç də asan deyildi. Bunlar iki sərt, prinsipial, amma eyni zamanda, yaxşı insandır.

Biz Oval Ofisdə idik və razılaşmaya doğru irəliləyirdik. Dedim ki, bəylər, bir az da yaxınlaşa bilərsinizmi? Amma onlar özlərini çox narahat hiss edirdilər. Axı 32 il bir-biri ilə döyüşmüşdülər. Yenə dedim: bir az da yaxınlaşa bilərsinizmi? Bir saatdan sonra artıq yanaşı əyləşmişdilər. Biz razılaşma əldə etdik. Onlar qucaqlaşdılar. Sənədləri imzaladılar və biz iki çox mühüm ölkə arasında sülhə nail olduq - bunu heç vaxt unutmayacağam. Onlar əvvəlcə bir qədər tərəddüd içində idilər, amma sonda son dərəcə möhkəm mövqe nümayiş etdirdilər. Bununla fəxr edə bilərsiniz. Bu, şahid olmaq üçün çox gözəl bir mənzərə idi. Təşəkkür edirəm”, - Tramp Azərbaycan və Ermənistan liderlərini nəzərdə tutaraq bildirib.(APA)
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək