Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Tarix: 21-02-2026 15:31 | Bölmə: Xəbərlər

"Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan gənc vəkil və layihə rəhbəri Qəmərcan Xasayzadə Fondun maliyyə dəstəyi ilə “Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihəni icra edir. Layihənin əsas məqsədi Vətən Müharibəsində qazanılmış qələbənin hüquqi əsaslarını – yəni Azərbaycanın Konstitusiya ilə qorunan hüquqları və beynəlxalq hüquq normalarını gənclərə, xüsusilə kollec tələbələrinə sadə və anlaşıqlı dillə çatdırmaq, onlar arasında hüquqi savadlılığı artırmaq, onların ölkəmizin Vətən Müharibəsindəki haqq mövqeyini hüquqi və konstitusion əsaslarla anlamaqlarına dəstək olmaqdır.
16 fevral 2026-cı il tarixində Ağdam Musiqi Kolleci və Ağdam Dövlət Sosial İqtisadi Kollecində, 17 fevral 2026-cı il tarixdə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təlimlər keçirilmişdir. Təlimlərdə layihə rəhbəri Qəmərcan Xasayzadə çıxış edərək, layihənin məqsədi, mövzunun aktuallığı və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.
Təlimlərdə ümumilikdə 75-dən çox gənc iştirak etmişdir.
İlk hissədə vəkil Nuriyyə Abbasova tərəfindən “Konstitusiya nədir və niyə bizi qoruyur?”, “Vətən Müharibəsi: hüquqi baxımdan nə baş verdi?”, “Dezinformasiya və hüquqi yalanlar” kimi mövzuları əhatə edən interaktiv təlim keçirilmiş, növbəti sessiyada isə sosial işçi Günel Baxışova tələbələrlə “İctimai vəkillik nədir və niyə gənclər üçün vacibdir?”, “Sosial mediada ictimai mövqe və məsuliyyət” mövzusunda geniş məlumat vermişdir.
Təlimdə iştirak edən tələbələr bu tip görüşlərin onlar üçün çox faydalı olduğunu, tez-tez keçirilməsinin tərəfdarı olduqlarını bildirmiş və layihə rəhbəri Qəmərcan Xasayzadəyə öz təşəkkürlərini bildirmişlər. Sonda layihə rəhbəri Qəmərcan Xasayzadə Azərbaycan Respublikasının Gənclər Fonduna, müvafiq təhsil müəssislələrinin rəhbərlərinə, təlimçilərə və iştirak edən tələbələrə təşəkkürünü bildirmiş və tədbiri rəsmi olaraq bağlı elan etmişdir.

Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək