Qərbi Azərbaycan İcması Səməd Vəkilovu təltif edib - Foto
Tarix: 20-02-2026 15:02 | Bölmə: Xəbərlər

Qərbi Azərbaycan İcması Səməd Vəkilovu təltif edib

Müvəkkil Hüquq Mərkəzinin sədri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun Qərbi Azərbaycanla bağlı apardığı araşdırmlar yüksək qiymətləndirilib. Bu səbəbdən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli Səməd Vəkilovu fəxri fərmanla təltif edib.

Reyting.az xəbər verir ki, mükafat ona Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə və 50 illik yubileyi münasibəti ilə təqdim olunub.

Qeyd edək ki, S. Vəkilovun Qərbi azərbaycanlıların kompakt yaşadığı Bərdə (İmirli kəndi), Kəngərli (Çalxanqala kəndi), Salyan rayonlarında apardığı tədqiqatlar nəticəsində 3 kitabı işıq üzü görüb.





Bölməyə aid digər xəbərlər