Netanyahu: Ayətullahlara təsəvvür etmədikləri cavabı verəcəyik
Tarix: 20-02-2026 15:38 | Bölmə: Dünya

Netanyahu: Ayətullahlara təsəvvür etmədikləri cavabı verəcəyik

“Əgər İran qisas almağa çalışsa, biz də onlara təsəvvür edə bilməyəcəkləri cavabı verəcəyik”.

Reyting.az-ın məlumatına görə, bunu İsrail baş naziri Benyamin Netanyahu hərbi məzuniyyət mərasimindəki çıxışında səsləndirib.

ABŞ-nın İrana mümkün hücumu halında orduya və mülki müdafiə bölmələrinə müharibəyə hazırlaşmaq barədə təlimat verdiyini deyən Netanyahu əlavə edib ki, İsrailin ən böyük müttəfiqi olan ABŞ-la birgə İrana qarşı çiyin-çiyinə çalışırlar.

Netanyahu, keçən həftə ABŞ prezidenti Donald Trampla görüşündə İsrailin İranla danışıqlarda riayət ediləcək əsas prinsiplər barədə mövqeyini çatdırdığını qeyd edib. Bütün ssenarilərə hazır olduqlarını vurğulayan Netanyahu “Bir şey dəqiqdir; əgər ayətullahlar bizə hücum etmək səhvini etsələr, təsəvvür edə bilməyəcəkləri bir cavabla qarşılaşacaqlar”,- deyib.

ELÇİN





Bölməyə aid digər xəbərlər