İlk dəfə 3D çapı ilə beton hazırlanıb
Tarix: 20-02-2026 20:53 | Bölmə: İqtisadiyyat

İlk dəfə 3D çapı ilə beton hazırlanıb

Dünyada ilk dəfə sualtı betonun 3D çapı ilə yeni və mükəmməl nümunəsi hazırlanıb.

Reyting.az Avstraliya mətbuatına istinadla bildirir ki, yerli alimlər suyun dərinliklərində dözümlü, eyni zamanda kimyəvi sürətləndiricilər, eləcə də əlavələr olmadan dayanıqlı konstruksiyalar yaratmağa imkan verən ilk sualtı betonun 3D çap sistemini hazırlayıblar.

Vullonqonq Universitetinin tədqiqatçıları Melburndakı "LUYTEN 3D" adlanan şirkətlə birgə xüsusi tərkibli, təkkomponentli beton qarışığı yaradıblar. Bu material su altında yuyulmaya çox davamlı olmaqla yanaşı, çap prosesində öz struktur bütövlüyünü qoruyur və daha da bərkimək xüsusiyyətinə malikdir.

Sınaqlar uğurlu olub, həmçinin bununla texnologiyanın praktikliyini və real tikintidə tələb olunan möhkəmliyin tamamilə təmin edə biləcəyini göstərib.

Tədqiqatçılar deyiblər ki, yeni sistem sualtı tikintinin loqistikasını sadələşdirir və xərcləri azaldır.

Yeni texnologiya artıq müdafiə sənayesi ilə yanaşı, limanların tikintisi və sahil infrastrukturu üçün nəzərdən keçirilir.

Perspektiv istiqamətlərə, gələcək planlara "AUKUS" proqramının çərçivəsində həyata keçiriləcək sualtı layihələr, suda üzən külək elektrik stansiyaları üçün dayanıqlı əsaslar yaradılması da daxildir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər