Şamaxıda zəlzələ olub
Tarix: 22-02-2026 09:01 | Bölmə: Gündəm

Şamaxıda zəlzələ olub

Şamaxı rayonunda zəlzələ olub.

Reyting.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirib ki, yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə 3,9 maqnitudada zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə gerçəkləşib.

Təbiət hadisəsi episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub.





Bölməyə aid digər xəbərlər
22-02-2026, 09:01 Şamaxıda zəlzələ olub
19-02-2026, 00:16 Müqəddəs ay başlayıb