Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Tarix: 24-02-2026 11:14 | Bölmə: Gündəm

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Reyting.az xəbər verir ki, bütün şəhidlərə rəhmət diləyən parlamentin spikeri Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi və ordunun qələbəsi nəticəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub.

S.Qafarova əlavə edib ki, Xocalı qurbanlarının da qisası döyüş meydanında alındı:

"Hazırda Xocalıda quruculuq işləri həyata keçirilir".

Spiker təklif edib ki, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Daha sonra parlamentdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.





Bölməyə aid digər xəbərlər
22-02-2026, 09:01 Şamaxıda zəlzələ olub
19-02-2026, 00:16 Müqəddəs ay başlayıb