İlham Əliyev Estoniya prezidentinə məktub göndərib
Tarix: 24-02-2026 11:23 | Bölmə: Gündəm

İlham Əliyev Estoniya prezidentinə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib.

Reyting.az xəbər verir ki, təbrikdə deyilir:

"Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".





Bölməyə aid digər xəbərlər
22-02-2026, 09:01 Şamaxıda zəlzələ olub
19-02-2026, 00:16 Müqəddəs ay başlayıb