Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
Polkovnikə maraqlı məktub - Fotolar
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
Prezident bu şəxsləri təltif edib - Siyahı
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
Hərbi xidmətə çağırış başlayır
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
Tarix: 23-02-2026 14:35 | Bölmə: Gündəm

Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində nəzərdə tutulan enerji avadanlıqlarından ibarət növbəti yük Kiyevin rəsmi şəxsləri tərəfindən təhvil alınıb.
Məlumata görə, enerji avadanlıqlarının təhvil verilməsində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko, Ukrayna energetika nazirlərinin müavinləri Nikolay Kolesnik və Valentina Moskalenko, səhiyyə nazirinin müavini İqor Kolaç iştirak ediblər.
Göndərilən avadanlıqların ümumi dəyəri 1 milyon dollar təşkil edir. Bura 12 alçaq gərginlikli panel, 11 generator, 5 transformator, 27 min metrə yaxın kabel və naqillər daxildir.
Məlumata görə, ümumilikdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar, bərpa və yenidənqurma yönümlü yardımın həcmi 45 milyon dolları ötüb.
Ukrayna səhiyyə nazirinin müavini İqor Kolaç bildirib ki, Azərbaycana göstərilən köməyə görə təmsil etdiyi dövlət adından səmimi minnətdarlığını bildirir:
"Göndərilən enerji avadanlıqları hazırda zərər görən səhiyyə sistemlərimizin dayanıqlığını təmin etmək üçün çox vacibdir. Göndərilən enerji avadanlıqları artıq səhiyyə müəssisələri arasında bölüşdürülüb və bu gündən etibarən müəssisələrimizin enerji təminatını gücləndirəcək".
Nazir müavini vurğulayıb ki, bu yardım kritik əhəmiyyətli avadanlıqların işini təmin etməyə və fasiləsiz tibbi yardımın göstərilməsinə çox kömək edəcək.
"Bu, Ukrayna hökumətinin xarici tərəfdaşlarla sistemli işinin tərkib hissəsidir. Bu günə kimi səhiyyə sistemində 15 mindən çox generator cəmləşib. Təcili yardım şəbəkəsinin müəssisələrinin 100%-i generatorlarla təmin edilib, bu 3500-dən çox generatordur".
İqor Kolaç humanitar yardımla əlaqədar Azərbaycan prezidentinə, hökumətinə, xalqına təşəkkür edib.
Ukrayna Energetika nazirinin müavini Nikolay Kolesnik isə deyib ki, artıq döyüş əməliyyatlarının aktiv fazasının dördüncü ilində məhz sosial obyektlərə və ya əsas xidmətlərin, enerji və kommunal xidmətlərin sistemli təchizatından asılı olan enerji infrastrukturu obyektlərinə zərbələr intensivləşdirilir: "Məhz beynəlxalq yardım bizə düşmənin yaratdığı bu çağırışlara tez bərpa olmağa, cavab verməyə və müqavimət göstərməyə kömək edən sistemli alətdir. Biz görürük ki, bu gün Azərbaycan humanitar missiya olaraq enerji avadanlıqlarında da Ukraynaya dəstəyi əsirgəmir. Bu, birbaşa bu gün səhiyyə sistemi obyektlərinə gedən avadanlıqdır. Bunlar kritik, vacib obyektlərdir"(Report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək