20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Mehriban Əliyeva: "Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı başlıca şərtdir"
Tarix: 28-05-2019 12:00 | Bölmə: Gündəm
Mehriban Əliyeva: "Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı başlıca şərtdir"

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May - Respublika günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Reyting.az
xəbər verir ki, təbrikdə deyilir:

"Əziz həmvətənlər,

Sizi Respublika Günü münasibətilə təbrik edirəm!

101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib.

AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib.

Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı Vətənimizin inkişafı üçün başlıca şərtdir.

Bu gün biz Respublika Gününü güclü və müstəqil Azərbaycanda qarşılayırıq.

Sizin hamınıza səadət, xoş günlər və sevgi, Vətənimizə isə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər