Tramp Klintonla bağlı tapşırıq verib - Fotolar
Tarix: 19-11-2025 12:17 | Bölmə: Dünya
Tramp Klintonla bağlı tapşırıq verib

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası Ceffri Epşteynlə bərabər bir çox məşhurların da adı hallanan, həmçinin ölkədə çox böyük qalmaqallara səbəb olan sənədlərlə bağlı məsələni növbəti dəfə gündəmə gətirib.

Reyting.az
xəbər verir ki, "ABC News" telekanalının məlumatına görə, Nümayəndələr Palatası bu ölkənin Ədliyyə Nazirliyini maliyyəçi Ceffri Epşteyn işi üzrə bütün materialları açıqlamağa məcbur edən qanun layihəsini böyük səs fərqi ilə qəbul edib. Sənədi təsdiqləmək üçün lazım olan üçdə iki səs toplanıb və 427 konqresmen lehinə, 1 nəfər əleyhinə səs verib, 5-i isə bitərəf qalıb.

Yeganə əleyhinə səs verən respublikaçı konqresmen Kley Hiqqinsi bildirib ki, bu materialların dərci sənədlərdə adı keçən günahsız insanlara zərər verə bilər.

Layihə Senata göndərilib, lakin onun taleyi hələlik qeyri-müəyyəndir. Prezident Donald Tramp bildirib ki, Konqres təsdiqləsə, sənədi imzalayacaq.

Epşteynlə əlaqələr məsələsi demokratlar və respublikaçılar üçün hələ də mübahisə mövzusudur. Demokratların bu il, noyabr ayında yayımladığı məktubların əksəriyyətində Trampın "qızlar haqqında məlumatlı olduğu" iddia edilib. D. Tramp isə Epşteynlə bağlılığı olmadığını təkrarlayıb və FTB-ni Epşteynin eks-prezident Bill Klintonla əlaqələrini araşdırmağa çağırıb.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər