ABŞ Ukrayna üçün 105 milyon dollarlıq “Patriot” paketini təsdiqləyib
Tarix: 19-11-2025 11:57 | Bölmə: Dünya
ABŞ Ukrayna üçün 105 milyon dollarlıq “Patriot” paketini təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukraynaya 105 milyon dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemi ilə əlaqəli avadanlıq və xidmətlərin satışını təsdiq edib.

Reyting.az
xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) satışla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, satış paketinə Ukraynanın M901 buraxılış qurğularının M903 konfiqurasiyasına yüksəldilməsi, yerüstü dəstək avadanlığı üçün təyin olunmuş ehtiyat yük siyahıları, ehtiyat hissələri, təlim fəaliyyətləri və logistika dəstək elementləri daxildir.

Bildirilir ki, “Patriot” sistemləri ilə əlaqəli avadanlıq və xidmətləri əhatə edən paketin ümumi dəyəri 105 milyon dollardır. Layihənin əsas podratçılarının ABŞ-da yerləşən “RTX Corporation” və “Lockheed Martin” şirkətləri olacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər