20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda müvəqqəti və daimi yaşamaq qaydaları dəyişdi
Tarix: 30-05-2019 14:31 | Bölmə: Gündəm
Azərbaycanda müvəqqəti və daimi yaşamaq qaydaları dəyişdi

Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazə vərəqələri, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin daha qısa zaman ərzində alınması mümkün olacaq.

Reyting.az
xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Yeni dəyişikliklərdə həmin sənədlərin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib.

Qanunun hazırkı variantına görə, müvəqqəti yaşamaq üçün icazə vəsiqələri 20 gün, daimi yaşamaq üçün 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi 20 gün müddətində verilir.

Qanun layihəsi daha artıq miqdarda dövlət rüsumu ödəməklə bu sənədlərin daha qısa müddətdə verilməsi imkanını nəzərdə tutur.

Belə ki, layihədə müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin 15 və 20 gün, daimi yaşamaq üçün 35, 40, 50 və 60 gün, ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın 1 və 3 gün, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin 10, 15 və 20 gün müddətində verilməsi təklif edilib.

Layihəyə əsasən, əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 10 gün iş günü müddətinə verildikdə 3 ayadək 700, 6 ayadək 900, 1 ilədək 1400, 15 iş günü müddətinə verildikdə 3 ayadək 500, 6 ayadək 700, 1 ilədək 1200, 20 iş günü müddətinə verildikdə 3 ayadək 350, 6 ayadək 600, 1 ilədək 1000 manat rüsum ödəniləcək.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər