20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rəsmi Bakıdan şəhid olan hərbçimizlə bağlı bəyanat: "Məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir"
Tarix: 30-05-2019 18:35 | Bölmə: Gündəm
Rəsmi Bakıdan şəhid olan hərbçimizlə bağlı bəyanat: "Məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir"

"Bu gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulub və snayperdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub".

Reyting.az
xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

"Xüsusilə qeyd etmək istərdik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir.

İşğalçı Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin yaradılması bəyanatlarının real və praktiki addımlarla müşayiət olunmadığını, əksinə Ermənistanın təxribatçı fəaliyyəti ilə sülh danışıqlarına xələl gətirmək niyyətini açıq şəkildə nümayiş etdirən bu qanlı əməl qəti qəbuledilməzdir və danışıqlar prosesinə zərbə vurur. Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər