20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baş nazir yük və sərnişin daşıyan sürücülərlə bağlı qərar verdi
Tarix: 02-06-2019 11:23 | Bölmə: Gündəm
Baş nazir yük və sərnişin daşıyan sürücülərlə bağlı qərar verdi

Nazirlər Kabineti “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nı təsdiq edib.

Reyting.az
xəbər verir ki, eyni zamanda “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli Qərarının 1-4-cü hissələri ləğv edilib.

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2016-cı il 10 mart tarixli 118 nömrəli Qərarının 1-ci hissəsi də ləğv edilib.

Bu qərarlar “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Prezidentin 2018-ci il 17 aprel tarixli 1926 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər