Mehriban Əliyeva: "Allah vətənimizə sülh, xoşbəxtlik və firavanlıq bəxş etsin"
Tarix: 04-06-2019 19:09 | Bölmə: Gündəm
Mehriban Əliyeva: "Allah vətənimizə sülh, xoşbəxtlik və firavanlıq bəxş etsin"

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Reyting.az
-ın məlumatına görə, təbrikdə deyilir:

"Əziz həmvətənlər,

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm.

Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}